AZE | RUS | ENG |


Həbsdə olan müğənni Fədayə Laçının məhkəməsi başlayır

Həbsdə olan müğənni Fədayə Laçının məhkəməsi başlayır
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni FədayəLaçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmənin vaxtı məlum olub.
 
Fədayə Laçının vəkili Türkel Süleymanlı APA-ya bildirib ki, vəsatətə sabah Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
 
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
 
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
 
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6680
GBP 1 İngilis funt sterlinqi 2.3500
TRY 1 Türk lirəsi 0.4466
KWD 1 Küveyt dinarı 5.6541
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0734
CHF 1 İsveçrə frankı 1.7626
USD 1 ABŞ dolları 1.7001