AZE | RUS | ENG |

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirildi.  Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor  Zaur Abdullayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərindən danışdı. XX əsrin parlaq şəxsiyyətlərindən olan Ümummilli Liderin ölkəmizin müstəqil dövlətçilik konsepsiyasının müəllifi olduğunu və bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini qeyd etdi. 
Z.Abdullayev Ümummilli Lider Heydər Əliyevin hərbi sahəyə xüsusi diqqət yetirdiyini, məhz onun sayəsində milli ordu quruculuğu prosesinin əsasının qoyulduğunu və nəticədə qüdrətli ordu yaradıldığını bildirdi.
Mərasimdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirildi.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər.
 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173