AZE | RUS | ENG |

“Qarabağ münaqişəsi “dondurulmuş” deyil, realdır və bu, bizi narahat edir”

“Qarabağ münaqişəsi “dondurulmuş” deyil, realdır və bu, bizi narahat edir”
"Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş” kateqoriyasına aid etmək çətindir”.
 
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot keçirdiyi brifinqdə deyib.
 
Münaqişənin cəmiyyətdə əks olunma səviyyəsindən təəccübləndiyini deyən diplomat ilin əvvəlindən bəri təmas xəttində 57 hərbçinin həlak olduğunu diqqətə çatdırıb.
 
Səfir qeyd edib ki, bu, "dondurulmuş” münaqişə deyil: "Bu, insanlara və iqtisadiyyata təsir edən gerçək münaqişədir. Bu münaqişə bizi narahat edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. Münaqişənin hərb yolu ilə həlli ola bilməz”.
 
C. Lakot bildirib ki, danışıqlar prosesinin mərkəzində güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddəratının təyin edilməsi prinsipləri dayanır. O qeyd edib ki, Fransa prezidentlərin Cenevrə görüşünün, XİN rəhbərlərinin Vyana görüşünün nəticələrini alqışlayır və nazirlərin ilin əvvəlində görüşünü gözləyir: "Fransada ən yüksək səviyyədə münaqişəni izləyirlər. Fransa Minsk qrupu tərkibində öhdəliklərinə tam sadiqdir, lakin söhbət vasitəçilik rolundan gedir. Nizamlanmaya yalnız tərəflər nail ola bilərlər”.
 
C. Lakot səfir olduğundan danışıqlar prosesinin detalları barədə danışa bilməyəcəyini də əlavə edib. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2275
TRY 1 Türk lirəsi 0.2758
KWD 1 Küveyt dinarı 5.6154
SEK 1 İsveç kronu 0.1932
EUR 1 Avro 1.9960
CHF 1 İsveçrə frankı 1.7592
USD 1 ABŞ dolları 1.7000