AZE | RUS | ENG |

"Qəlbin yaddaşı" heç kimi laqeyd qoymayacaq. Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnı

Azərbaycanın xalq artistləri Fidan Qasımova və Xuraman Qasımova ümummili lider Heydər Əliyevə həsr olunmuş "Qəlbin yaddaşı" mahnısını təqdim ediblər. Bu kövrək kompozisiyanın sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə Ruslan Zeynalova məxsusdur.

Mahnı ilk dəfə bu ilin iyun ayında opera divalarının Heydər Əliyev Sarayında keçirilən yaradıcılıq gecəsində səslənib və elə o vaxt dinləyicilərin qəlblərinə sirayət edərək tamaşaçıların diqqətinə hakim olub. Müəllif Leyla Əliyevanın qəlbinin dərinliklərindən gələn incə kəllmələr gözəl musiqi ilə birlikdə kompozisiyanın həsr olunduğu insanın - ümummilli lider Heydər Əliyevin obrazını canlandırır. Lakin bu dahi insan mahnıda siyasətçi və dövlət başçısı kimi yox, kövrəkcəsinə sevilən, yaxınlarının onun üçün darıxdığı sevimli baba kimidir. Bu ağrı və qüssəni Leyla xanım məharətlə göstərib ki, bunun sayəsində mahnı, gerçəkdən də, qəlbin dərinliklərinə sirayət edir, hər birimizi artıq yanımızda olmayan yaxınlarımızı xatırlamağa vadar edir.

"Qəlbin yaddaşı" poeziya həvəskarlarına riqqətli və təsirli şeirləri ilə yaxşı tanınan Leyla Əliyevanın növbəti yaradıcılıq uğurudur.

Əsər sevimli insana, Leyla Əliyevanın öz babasına layiqli ithafı, habelə hamımıza xatırlatmadır: yaxınlarınızı sevin və onları dəyərləndirin.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2275
TRY 1 Türk lirəsi 0.2758
KWD 1 Küveyt dinarı 5.6154
SEK 1 İsveç kronu 0.1932
EUR 1 Avro 1.9960
CHF 1 İsveçrə frankı 1.7592
USD 1 ABŞ dolları 1.7000